“Beko” şirkət 1935 əməkdaşını işdən çıxarır

12:07 - 21.11.2024


21 noyabr, Fineko/abc.az.  “Beko” şirkətinin rəsmiləri 1935 işçisini işdən çıxaracağını bildiriblər.

ABC.AZ xəbər verir ki, şirkət rəsmiləri bu barədə İtaliyanın sənaye nazirliyi tərəfindən təşkil edilən iclasda açıqlama veriblər. Şirkət rəsmiləri bildirib ki, İtaliyada hazırda "Beko"-nun cəmi 4400 işçisi var.

“Beko Europe” ixtisarları təsdiqləyib və İtaliyadakı əməliyyatların çətin sənaye şərtləri, o cümlədən Asiyadakı şirkətlərin rəqabətinin artması və tələbin zəifləməsi səbəbindən maliyyə cəhətdən aşağı performans göstərdiyini bildirib. 

Qeyd edək ki, İtaliyadakı fabriklərin tutumdan istifadə nisbətlərinin yüzdə 40-ın altında olduğunu və bunun davamlı olmadığını ifadə edən şirkət, uzunmüddətli davamlı varlıq nümayiş etdirmək üçün İtaliyadakı fəaliyyətlərini yenidən formalaşdıracağını və bunun üçün 110 milyon avro sərmayə qoyacağını açıqlayıb. 

Müəllif: Elmir Murad