11:00 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. On ildən çox fasilədən sonra “Apple” rəsmiləri yenidən televizor istehsal etmək niyyətində olduqlarını açıqlayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Qeyd olunur ki, “Apple” öz brendi altında yeni ağıllı ev cihazları xəttinin bir parçası ola biləcək televizor istehsal etmək ideyasını nəzərdən keçirir. Bununla belə, bildirilir ki, layihə çox erkən mərhələdədir və onun istehsala başlaması illər çəkə bilər.
“Apple” televizoru uğurla istifadəyə verilərsə, bu, şirkət üçün televiziya bazarında rəqabət aparmaq üçün yeni imkanlar açacaq. Hal-hazırda, “Apple” yalnız televizora qoşulan “Apple TV” yayım cihazını təklif edir.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026