Bu ölkədə yeni ildən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artacaq 

13:15 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Rusiyada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr 1 yanvar 2025-ci ildən arta bilər. 

ABC.AZ xəbər verir ki, bununla bağlı hökumət İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişlər edib.

Belə ki, məsələn, təhlükəsizlik kəmərinə görə cəza 1 min rubldan 1,5 min rubla qədər artırıla bilər. Sükan arxasında sərxoş vəziyyətdə gedişə görə əvvəlki 30 min rubl əvəzinə 45 min rubl tutmaq təklif olunur. Bu cür dəyişikliklər tibbi müayinədən keçməkdən imtina üçün cəriməyə aid edəcək.
Sürət artımına görə də cərimələr dəyişəcək - indiki 500-5000 rubl əvəzinə rubl 750-7500 rubl tutulacaq.