11:35 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
ABC.AZ xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Həmçinin orta aylıq əməkhaqqı da 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.
2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.
Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır. (Apa)
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026