Bu ölkədə əcnəbilərə “Miqrant ID” nəzarət sistemi tətbiq olunur

16:36 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Rusiyada xarici vətəndaşlara dair “Miqrant ID” nəzarət sisteminin tətbiqi təklif edilib.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" Federal qanuna dəyişiklik edilməsi təklif olunur. Təklif olunur ki, Rusiyaya qazanc üçün gələn xarici vətəndaşlar vahid sənəd — elektron məlumat daşıyıcısı ilə şəxsiyyəti təsdiq edən “Miqrant ID” tərtib etməlidirlər. Bu sənəddə, ölkəyə giriş və qalma müddəti barədə məlumat verməlidir.

“Miqrant ID” Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş qaydada Rusiya Federasiyasının ərazisinə girmədən əvvəl xarici vətəndaş tərəfindən rəsmiləşdirilir. Xarici vətəndaşın məlumatları yeniləmək üçün “Miqrant ID”dəki şəxsi hesabına giriş imkanı var. Şəxsi hesabın yaradılması və onun işləməsi Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir", — sənəddə deyilir.