12:20 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib.
ABC.AZ xəbər verir ki, bu barədə parlamentin Xarici əlaqələr komissiyasının rəhbəri Sargis Xandanyan jurnalistlərə bildirib.
"Təfərrüatları deyə bilmərəm, lakin ümumilikdə bu təkliflər iki ölkənin suverenliyinə əsaslanan "Dünyanın kəsişməsi" layihəsindən irəli gəlir", — deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycandan cavab hələ gəlməyib.
Ermənistan hökuməti tərəfindən hazırlanan "Dünyanın kəsişməsi" layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasını və onların bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026