Bakıda dini liderlərin qlobal sammiti keçirilir

10:38 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. Sammit COP29 çərçivəsində keçirilir.

ABC.AZ xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Prezident İlham Əliyevin Dünya Dini Liderlərinin Qlobal Bakı sammitinin iştirakçılarına müraciətini oxuyub.

Qlobal Forumda dünyəvi və ənənəvi dinlərin 30-a yaxın lideri, nüfuzlu dini mərkəzlərin rəhbərləri - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri təmsil edən dünya şöhrətli dini və ictimai xadimlər, konfessiyalar, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media nümayəndələri iştirak edirlər.