Ermənistan “Mir” Teleradio şirkətinin fəaliyyətindən narazıdır

20:09 - 31.10.2024


31 oktyabr, Fineko/abc.az. Hakimiyyət “Mir” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən vəsaitlərin xərclənməsinin səmərəliliyini nəzərdən keçirəcək. 

ABC.AZ xəbər verir ki, bu məsələ Ermənistan parlamentində müzakirəyə çıxarılıb. Hakim "Mülki müqavilə" Partiyasından olan deputat Arusyak Culakyan hər il rusdilli telekanalın fəaliyyətinə təxminən 700 min dollar ayırmağın məntiqli olub-olmadığını soruşub.

Erməni ekspertlərin hesablamalarına görə, MDB dövlətlərinin həyatını işıqlandırmaq üçün hazırlanmış “Mir” Teleradio Şirkəti əslində Rusiya təbliğatının ruporuna çevrilib. Moskva hələ də Ermənistanda hökumət əleyhinə hərəkatı dəstəkləməkdə ittiham olunur. Kremldən, qalmaqallı keşiş Baqrat Qalstanyanın hərəkatını maliyyələşdirməkdə şübhələnirlər.