16:07 - 31.10.2024
31 oktyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabr ayında Azərbaycanda uzun düyünün 1 kq-nın orta satış qiyməti 4.52 manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin sentyabr ayı ilə müqayisədə 0,07 manat və ya 2% azdır.
Bununla yanaşı yerli istehsal olan uzun düyünün 1 kq-ının qiyməti 4,52 manat təşkil edib ki, bu da illik fərqlə 0,67 manat və ya 13% azdır.
Xaricdən gətirilmiş düyünün 1 kq-nı isə 4,38 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,33 manat və ya 8% çoxdur.
Məlumat üçün bildirək ki. 2023-cü ilin sentyabr ayında 1 kq uzun düyünün orta qiyməti 4,59% manat təşkil edib.
Yerli düyünün qiyməti 5,22 manat, idxal düyünün qiyməti isə 4,05 manat olub.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026