Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı

17:06 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti “Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntü” tenderinin nəticələrini elan edib. 

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Ramco” QSC olub.

Qalib şirkətlə 1 296 436 manat məbləğində müqavilə imzalanıb.