10:24 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. İsrail, ABŞ-a söz verdiyi kimi, raketləri ilə İranın neft sektoruna toxunmadı, lakin ölkənin bir sıra hökumət rəsmilərinin fikrincə, hücum mühüm neft emalı zavodlarının hava hücumundan müdafiəsini, habelə ölkənin cənubundakı böyük bir qaz yatağının və neft limanının hava hücumundan müdafiəsini məhv edib.
ABC.AZ xəbər verir ki, söhbət neft-kimya kompleksindən və Bandar limanından, Abadan Neft Emalı Zavodundan, həmçinin Tange Bijar qaz yatağından gedir.
Bu hücum Tehranda həyəcan doğurub, çünki əhəmiyyətli enerji və iqtisadi mərkəzlərin üstünü açıb və ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Bundan başqa, İranın enerji zəifliyi dünya neft-qaz bazarına da ciddi ziyan vura bilər.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026