10:43 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda maliyyə inkulizivliyinin, ev təsərrüfatının artırılması maliyyə sektorunun inkişafına xidmət edəcək.
ABC.AZ xəbər verir ki, bunu "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda keçirilən tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev vurğulayıb.
Onun sözlərinə görə, mikromaliyyə sahəsində innovasiyanın inkişafı iqtisadiyyatın böyüməsində çox ciddi rol oynayır.
"Rəqəmsal platformaların tətbiqi Mikromaliyyə İnstitutlarına (MMİ) ənənəvi maliyyə xidmətləri alətləri və kanallarına əlçatanlığı zəif olan əhaliyə daha yaxşı xidmət göstərməyə, maliyyə inklüzivliyini artırmağa və yoxsulluğun azaldılmasına töhfə verməyə imkan verir. Bununla belə, MMİ-lərin rəqəmsal savadlılıq, məlumatların məxfiliyi və kibertəhlükəsizlik kimi problemləri həll edərək rəqəmsal mühitdə ehtiyatla hərəkət etməsi vacibdir" - deyə C.Əliyev bildirib.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026