16:20 - 3.11.2017
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Qazaxıstandan göndərilmiş ilk qataq Qarsa çatdı.
Qatarın qarşılanması mərasimində TCDD Taşımacılık AŞ-nin (Türkiyənin milli dəmiryolu yük daşıyıcısı) baş direktoru Veysi Kurt jurnalistlərə bildirib ki, yük tərkibi 40 saat ərzində 856 km-lik məsafəni qət edib.
“Qatar Qarsdan son təyinat məntəqəsi olan Mərsin şəhərinə yola düşdü. Bu yola da həmçinin 40 saat vaxt sərf olunacaq. Şəhərlər arasındakı məsafə 1258 km təşkil edir”, - Kurt belə deyib.
O bildirib ki, Mərsin şəhərinə yola düşən qatara 30 konteyner daxildir. Qazaxıstandan Mərsinə qədər qatar 4,5 min km-lik yolu qət edəcək.
Baş direktorun sözlərinə görə, BTQ ilə yük daşımaları 17 milyon tondan yuxarı olacaq.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026