16:53 - 17.10.2024
17 oktyabr, Fineko/abc.az. "İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Bir mənbədən) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.
ABC.AZ xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə bir il müddətinə (17.09.2024-17.09.2025) ümumi sahəsi 12 552 kv. metr olan ofis və anbar sahəsini icarəyə verəcək.
Qeyd olunan ofis və anbar sahəsinin icarəsi üçün “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat (1 kv. metr – 94 manat) ödəyəcək.
Qeyd edək ki, əvvəlki illərdə də Cavanşir Orxan eyni məbləğə (1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ofis və anbar kompleksi icarəyə verib.
Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur. (Yeniavaz.com)