14:44 - 17.10.2024
17 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,2 faiz artaraq 81,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 337,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,6 faiz artaraq 748,5 min nəfər olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,8 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,9 faiz artaraq 1647,1 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,2 faiz, Gürcüstana gedənlərin sayı 14,3 faiz, Türkiyəyə gedənlərin sayı 12,2 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,1 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
30 İyul 2026
29 İyul 2026