Ermənistan XİN başçısı Türkiyədə "3+3" görüşündə iştirak edəcək

17:49 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "3+3" regional məsləhət platformasının oktyabrın 18-də Türkiyədə Cənubi Qafqaz üzrə üçüncü görüşündə iştirak edəcək. 

ABC.AZ xəbər verir ki, bu barədə agentliyin mətbuat katibi Ani Bədəlyan bildirib.

"Oktyabrın 18-də Türkiyədə Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan "3+3" regional məsləhət platformasının üçüncü görüşündə iştirak edəcək", - deyə o bildirib.