Səyahət sığortasına maraq yenə də azalıb

17:17 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar və ödənişlər azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 93 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 411 min manat və ya 9% azdır.

2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 4 milyon 504 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 181 min  manat təşkil edib ki, bu da illik müqayisədə 10 min manat və ya 5% azdır.

Əvvəlki ilin eyni dövründə 191 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib. 2023-ci ilin eyni dövründə də zərərlilik göstəricisi 4% təşkil edib.