17:17 - 2.10.2024
2 oktyabr, Fineko/abc.az. Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar və ödənişlər azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 93 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 411 min manat və ya 9% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 4 milyon 504 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 181 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 min manat və ya 5% azdır.
Əvvəlki ilin eyni dövründə 191 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib. 2023-ci ilin eyni dövründə də zərərlilik göstəricisi 4% təşkil edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026