Səkkiz ayda Bakıda ticarət dövriyyəsinin həcmi artıb

11:25 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az.  2024-cü ilin səkkiz ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 21 milyard 521 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 11 milyard 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9 milyard 798,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.