15:47 - 23.09.2024
23 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev respublikanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu vəzifəsindən geri çağırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
"Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın", - məlumatda belə deyilir.
Avqustun 18-də Bülbüloğlu Moskvadakı diplomatik missiyasının başa çatdığını və atasının doğulduğu Qarabağda Şuşa şəhərində işləmək planlarını açıqlayıb. O, 18 ildən çoxdur ki, Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışırdı.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026