12:20 - 23.09.2024
23 sentyabr, Fineko/abc.az. “Flight Centre”in tərtib etdiyi 2024-cü ildə ən populyar ölkələrin siyahısında dörd Asiya dövləti var: Yaponiya, Sinqapur, Türkiyə və Vyetnam. Yaponiya dördüncü, Sinqapur altıncı, Türkiyə doqquzuncu, Vyetnam onuncu olub.
ABC.AZ xəbər verir ki, səyahət edənlər üçün dünyanın ən yaxşı ölkəsi qonaqların məmnunluq səviyyəsinin 94% olduğu Portuqaliya, ardından 93% ilə Cook Adaları olaraq tanınıb. Avstraliya üçüncü yeri tutub, İspaniya isə ilk beşliyi tamamlayıb.
Tədqiqat beş qitənin — Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və İngiltərənin 170 mindən çox səyahətçisini əhatə edib.
Səyahət üçün ölkələrin ilk onluğu:
1. Portuqaliya (Avropa);
2. Cook Adaları (Okeaniya);
3. Avstraliya (Okeaniya);
4. Yaponiya (Asiya);
5. İspaniya (Avropa);
6. Sinqapur (Asiya);
7. Yunanıstan (Avropa);
8. İrlandiya (Avropa);
9. Türkiyə (Avropa / Asiya);
10. Vyetnam (Asiya).
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026