16:40 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Azərbaycanda ortamüddətli dövrdə əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliynin “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sından görsənir.
Məlumata görə, 2025-ci ildən 2027-ci ilin sonuna qədər neft-qaz sektoruna kapital qoyuluşlarında, həmçinin daxili investisiyalarda artım gözlənilir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % artıb.
İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və yaxud 49,8 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 287,3 milyon manatı və yaxud 38,2 %-i xidmət sahələrinə, 1 milyard 342,6 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 315,8 milyon manatını və yaxud 83,1 %-ni daxili investisiyalar təşkil edib, 8 milyard 90,5 milyon manatı və yaxud 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026