11:30 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Azərbaycanda böyük marketlər şəbəkəsindən biri qaydaları pozduğu üçün cərimələnəcək.
ABC.AZ xəbər verir ki, sözügedən marketlər şəbəkəsi “Tam Store” MMC-dir.
Belə ki, şəbəkə gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli protokol sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
12 Avqust 2026