Naxçıvanda hərrac yolu ilə satılan əmlakların sayı artıb, ya azalıb?

11:59 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hərrac yolu ilə 108 əmlak satıb. 

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

8 ay ərzində hərraclardan xüsusi hesaba daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 96,3 % artıb.