10:49 - 17.09.2024
17 sentyabr, Fineko/abc.az. Cəbrayılda 8 milyon manata 48 fərdi yaşayış evi tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Ağa-EE İnşaat” MMC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7 664 194 manatdır.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026