Azərbaycanda zərgərlik məmulatları bahalaşır

11:44 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Son bir ildə beynəlxalq birjalarda qızıl qiymətlərinin artması qızıl zərgərlik qiymətlərinin artmasına da səbəb olub.

ABC.AZ xəbər verir ki, son bir ildə xalis qızılın qiyməti 30%-dən çox artıb. Belə yüksək qiymət artımı ilə əlaqədar Azərbaycanda pərakəndə satılan zərgərlik məmulatlarının qiyməti nəzərəçarpacaq dərəcədə artıb.

Daxili bazarın məlumatına görə, son bir ildə Azərbaycanda 750 əyarlı 5 qram qızılın  qiyməti 26-35% aralığında artıb.

Xarici ekspertlərin proqnozlarına görə, qızılın qiyməti ən azı bu ilin sonuna qədər artacaq. Artım tendensiyası qızılın pərakəndə satış qiymətlərində daha yüksək artıma gətirib çıxarır.