ABŞ Kənd Təsərrüfatı Nazirliyi bioyanacaq layihələri üçün təxminən 100 milyon dollar ayırıb 

17:21 - 19.08.2024


19 avqust, Fineko/abc.az. ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) təmiz enerji sistemlərinə çıxışı artırmaq və Amerika bioyanacaqlarının mövcudluğunu artırmaq üçün 26 ştatda 160 layihəni maliyyələşdirəcək.

ABC.AZ xəbər verir ki, bunu ABŞ Kənd təsərrüfatı naziri Tom Vilsack açıqlayıb.

Bundan əlavə, nazirlik 26 ştatda 89 layihəyə HBIIP qrantları da 90,3 milyon dollar ayırır. Bu investisiyaların məqsədi, biznes sahiblərinə yanacaq nasosları, kolonkalar və saxlama çənləri kimi infrastrukturun qurulmasına və/və ya təkmilləşdirilməsinə kömək etməkdir.