11:06 - 16.08.2024
16 avqust, Fineko/abc.az. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Bu barədə ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadla xəbər verir ki.
Qeyd edilir ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq bu günədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026