11:46 - 26.07.2024
26 iyul, Fineko/abc.az. “Azərkontrakt” ASC 2023-cü ili 41,703 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ ASC-yə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,6 dəfə azdır.
Ötən il “Azərkontrakt”ın təbii qaz satışından gəlirləri 1 milyard 520,829 milyon manat (əvvəlki ilə nisbətən 9,2% az), satışının maya dəyəri 1 milyard 383,597 milyon manat (1,8% az), nəqletmə xərcləri 76,562 milyon manat (2,6 % çox), qazın yeraltı anbarlara vurulması xərcləri 13,133 milyon manat (4% az), anbarlardakı itkilərə görə zərəri 7,505 milyon manat (3,4% çox), anbarlardan qazın götürülməsi xərcləri 12,096 milyon manat (7,3% çox), magistral xətlərdəki itkilərə görə zərəri 4,512 milyon manat (5,9% az), texnoloji sərfiyyat xərcləri 2,091 milyon manat (7,3% çox), işçi heyəti ilə bağlı xərcləri 2,554 milyon manat (2,2 dəfə çox), tranzit haqları xərci 156 min manat (2,6 dəfə çox), qaz nəqlindən gəlirləri 34,101 milyon manat (1,9% çox), faiz gəlirləri 2,768 milyon manat (2 dəfə çox), faiz xərcləri 33 min manat (25 dəfə az), digər xərcləri 2,931 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 10,827 milyon manat (3,4 dəfə az) təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026