16:38 - 24.07.2024
24 iyul, Fineko/abc.az. Azərbaycanda qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib.
"Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 300-500 manat cərimə edilir. Bu tədbirlər kifayət sayılmadıqda 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir.
Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026