15:26 - 24.07.2024
24 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 1 milyard 596,1 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 milyard 545,0 milyon ABŞ dolları təşkil etmişdir.
12 Avqust 2026