Azərbaycan xaricdən buğda idxalını 2 dəfəyə yaxın azaldıb

16:46 - 19.07.2024


19 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana 85 milyon 180 min dollar dəyərində 386 022 ton buğda idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 210 ton buğda idxal edilmişdi.

Beləliklə, ötən il müqayisədə Azərbaycana buğda idxalı miqdar ifadəsilə 22%, dəyər ifadəsilə 1.7 dəfə azalıb.

1 ton buğdanın orta hesabla idxal dəyəri 295 dollardan 221 dollara düşüb (74 dollar azalıb).