11:14 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
ABC.AZ bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Qeyd edək ki, Elçin Nəsibov əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.
2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.