10:28 - 18.07.2024
18 iyul, Fineko/abc.az. Meksika və Avropa Birliyi iqtisadi əlaqələri gücləndirmək, işgüzar əməkdaşlığı təşviq etmək və ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Brüsseldə ikitərəfli ticarət palatası (MexChamEU) açıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Meksika XİN-in bəyanatında deyilir.
"MexChamEu-nun yaradılması, texnologiya, kənd təsərrüfatı, istehsal və Bərpa Olunan Enerji kimi yüksək böyümə potensialı olan sektorlara xüsusi diqqət yetirməklə ikitərəfli ticarətin gücləndirilməsi səylərini tamamlayır", - məlumatda belə deyilir. XİN-də hesab edirlər ki, ticarət palatasının açılması ölkəyə əlavə investisiyalar cəlb edəcək.
Nazirlikdən verilən açıqlamada, MexChamEU'nun kiçik və orta sahibkarlığın yeni bazarlara çıxmasında dəstəyinə xüsusi diqqət yetirəcəyi" və "ticarətin, investisiyaların artırılmasına və iqtisadi əməkdaşlığa mane olan hər hansı bir maneənin aradan qaldırılmasına kömək edəcək siyasətlər" həyata keçirəcəyi bildirilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026