10:10 - 18.07.2024
18 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 768 milyon dollara bərabər olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% azdır.
Son bir ildə ölkə üzrə ixrac 28% azalaraq 12 milyard 900 milyon ABŞ dolları təşkil edib. İdxal isə 8 artım baş verib və 8 milyard 867 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsində 4 milyard 34 milyon dollarlıq müsbət saldo yaranıb. Bu isə 2023-ci ilin yanvar-iyun aayları ilə müqayisədə 2,4 dəfə azdır.
13 Avqust 2026
13 Avqust 2026