ABŞ bu postsovet ölkəsini Rusiyaya yardım üçün təhdid etdi

14:56 - 16.07.2024


16 iyul, Fineko/abc.az. ABŞ Qırğızıstandan Rusiyaya tətbiq olunan məhdudiyyətlər rejimindən qaçınmağa kömək edən bir neçə Qırğızıstan şirkətini sanksiya siyahısına daxil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətlərinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi Uorren Rayan bildirib.

O bildirib ki, söhbət iyulun 12-də ABŞ-ın maliyyə sisteminə, eləcə də dünya maliyyə sisteminə çıxışından məhrum edilən iki firmadan gedir. Onun sözlərinə görə, bu, bu şirkətlər qanunsuz alış-veriş etdikləri və Rusiya hərbi-sənaye bazasına tədarüklə bağlı sanksiyaların icrasından yayındıqları üçün edilib.

O vurğulayıb ki, Vaşinqton anti-Rusiya sanksiyalarının icrası uğrunda mübarizədə digər ölkələrlə tərəfdaşlıq qurmağa üstünlük verir. Lakin bəzən "əməkdaşlıq istənilən nəticələrə gətirib çıxarmazsa", əlavə tədbirlər görməlidir.