12:03 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Bu ilin 1 iyul tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91 881 təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib.
Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86 373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 508 olub.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026