11:42 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq.
"İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Əminəm ki, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq, sənəd uğurla tətbiq ediləcək", - deyə Ç.Əsgərov əlavə edib. (Report)
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026