Yeni nəsil kassa aparatı ilə dövriyyə 11 milyard manatı ötüb

16:11 - 10.07.2024


10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% və ya 1 milyard manatdan çoxdur.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 98.863 ədəd yeni nəsil NKA quraşdırılıb.