10:49 - 14.08.2018
14 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilin əvvəlindən Azəri-Çıraq-Günəşli (AÇG) blokundan gəlirli neftin satışından 5,621 milyon dollar əldə edib.
2001-ci ildən 2018-ci ilin avqustun 1-dək Azərbaycanın AÇG yatağından mənfəətli neftin satışından ARDNF-yə cəmi 134,107 milyon dollar daxil olub.
Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər ilin əvvəlindən 94 milyon dollar təşkil edib. Şahdəniz yatağından hasil olunan qazın satışından 2007-ci ildən 2018-ci il avqustun 1-dək əldə edilən gəlirlər 2,506 milyon dollar təşkil edib.
28 İyul 2026