İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI

10:37 - 9.07.2024


9 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

ABC.AZ Birjaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 14 milyard 87 milyon 24 min manat dövriyyə ilə 1-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC  7 milyard 744 milyon 181 min manat dövriyyə ilə 2-ci, “Assist Finance İnvestisiya Şirkəti” ASC 2 milyard 995 milyon 10 min manat dövriyyə ilə 3-cü olub.