Almaniyalı iş adamı Azərbaycanda şirkət yaradıb

14:44 - 8.07.2024


8 iyul, Fineko/abc.az. Almaniyada qeydiyyatda olan “SolarTempel GMBH” Azərbaycanda da törəmə şirkət təsis edib. 

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti “SolarTempel GMBH” MMC-ni dövlət qeydiyyatına alıb. 

Şirkət Baki şəhəri Nərimanov rayonu, Təbriz ev.39K m.2 ünvanında dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 50 000 manatdır və şirkətin qanuni təmsilçi Almaniya Federativ Respublikası vətəndaşı Ramazan Karakayadır.