Dana və quzu əti bahalaşdı

10:22 - 8.07.2024


8 iyul, Fineko/abc.az. Azərbaycanda benzin və dizelin bahalaşmasından sonra bəzi qidalarda da bahalaşma hiss edilir.

Belə ki, ətin qiymətində ciddi bahalaşma var. Məsələn, əvvəllər kiloqramı 13 manat olan dana əti indi 14,50-dən satılır.

ABC.AZ xəbər verir ki, bahalaşan təkcə, dana əti deyil, quzu ətinin qiymətində də artım müşahidə edilir.

Bir ay əvvəl kilosu 16 manat olan quzu əti indi 19 manatdan təklif edilir.

Bazarda apardığımız araşdırmalara görə, marketlərdə satılan ət ət kəsimi yerlərindən daha ucuzdur.

Buna baxmayaraq, alıcılar əti əsasən ət kəsimi yerlərindən almağa çalışırlar.

Müəllif: Elmir Murad