Rusiya Azərbaycan araslnda ticarət dövriyyəsi nə qədərdir?

14:46 - 3.07.2024


3 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb.

ABC.AZ xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4,5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu istiqamətdə tendensiya yaxşıdır: 13 %-lik artım”, – o bildirib.