12:29 - 3.07.2024
3 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 325 min ABŞ dolları dəyərində 5 milyon 489 min 479 ədəd diri ev toyuqları (çəkisi 185 q-dan artıq olmayan) idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 197 min dollar və ya 4,8% çoxdur, lakin miqdar baxımından isə 2 milyon 86 min 350 ədəd və ya 27,5% azdır.
2023-ci ilin yanvar-aprel aylarında 4 milyon 128 min dollar dəyərində 7 milyon 575 min 829 ədəd ev toyuğu gətirlib.
1 ədəd toyuğun qiyməti 2024-cü ilin 4 ayına görə 0,8 dollar (1,3 manat) olub ki, bu illik müqayisədə 0,2 dollar (0,4 manat) və ya 44,6% bahalaşma deməkdir.
27 İyul 2026
25 İyul 2026