14:38 - 2.07.2024
2 iyul, Fineko/abc.az. Avokado, manqo, marakuya, taiti lime, qreyfrut, pomela, pitaya, papaya və banan - xaricdən ölkəmizə idxal olunan bu meyvələr artıq ölkəmizdə də yetişdiriləcək.
ABC.AZ-ın məlumatına görə, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 130 hektar ərazidə bağ salınır. İki mərhələdən ibarət layihə üzrə Astaranın Şüvü və Deqədi kəndləri ərazisində artıq 45 hektarda avokado, 10 hektarda yeni növ limon bağlarının salınması prosesi yekunlaşıb. Bir neçə ay əvvəl isə 2 hektar ərazidə banan ağacları əkilib.
Sahibkar Faiq Osmanlı bildirib ki, bağda soyuğa davamlı 3 növ banan tingi əkilib.
“Açıq əraziyə uyğunlaşacağı təqdirdə biz böyük banan plantasiyaları salmaq niyyətindəyik. Banan indiyədək Azərbaycanda müxtəlif yerlərdə istixana şəraitində yetişdirilsə də, açıq sahədə bağ salınmayıb. Ümid edirəm ki, açıq sahədə banan yetişdirmək uğurlu olacaq və daxili bazarı bu məhsulla təmin edə biləcəyik. Təxmini hesablamalara görə, daxili bazar üçün 550 hektar banan sahəsi lazımdır. Belə olarsa, banan idxalının qarşısı da alınacaq”, – deyə o əlavə edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026