10:42 - 1.07.2024
1 iyul, Fineko/abc.az. Xəbər verildiyi kimi, Tarif Şurasının iclasında qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlər üzrə tariflərə yenidən baxılıb.
ABC.AZ xəbər verir ki, benzin və dezil yanacağı, avtobuslarda gediş haqqı və təyyarə biletləri ilə yanaşı, bərk məişət tullantılarının (zibilin) yığılması və daşınması üzrə də qiymətlərə baxılıb.
Tarif Şurasının qərarına görə, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.
Bakı şəhərində:
- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlarda:
- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026