15:25 - 28.06.2024
28 iyun, Fineko/abc.az. İyulun 1-dən Özbəkistan quş ətinin ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.
ABC.AZ Özbəkistan mətbuatının Ədliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, bu, ölkə başçısının quşçuluq təsərrüfatının dəstəklənməsi, müasir genetik texnologiyaların və əməkdaşlıq sisteminin tətbiqi haqqında 27 iyun tarixli Sərəncamında nəzərdə tutulub.
Özbək mediası qeyd edir ki, quş ətinin ixracına icazə verilməsi planları bu yaxınlarda dövlət başçısı ilə görüşdə açıqlanıb.
2017-ci ilin sonundan etibarən mal-qara, ev quşları və ət ölkə başçısının qərarları əsasında ixrac olunan məhsulların siyahısına daxil edilib.
17 Avqust 2026
15 Avqust 2026