ABŞ-da ən çox satılan telefon markası hansıdır?

16:31 - 27.06.2024


27 iyun, Fineko/abc.az. “Apple” və “Samsung” arasındakı yarış dayanmadan davam edir. 

ABC.AZ xəbər verir ki, bir neçə ay əvvəl dərc edilən ilk rüb məlumatlarında “Samsung”un 60 milyon satışla dünya lideri olduğu açıqlandı. “Apple”in 9,6% azalma ilə ikinci yerdə olduğunu gördük.

Uzun illərdir bazar araşdırmalarını paylaşan CIRP ABŞ-da “Apple” və “Samsung”un telefon satışlarını müqayisə edib. Nəticələr “Apple” üçün işlərin yaxşı getmədiyini göstərdi.

2024-cü ilin mart ayına qədər olan məlumatlar ABŞ-da 12 aylıq satışları əhatə edir. Buna uyğun olaraq “Samsung”, “Apple”i geridə qoyaraq ölkədə öndədir. “Samsung” 38% bazar payına sahib olduğu halda, “Apple” 33% paya sahib idi. “Motorola” 13%, “Google” 6% və digərləri 10% idi. Qeyd edək ki, satışların dəqiq rəqəmləri paylaşılmır.