Vaşinqton Parisi Azərbaycana qarşı təxribatda ittiham edib 

12:56 - 27.06.2024


27 iyun, Fineko/abc.az. “Fransanın Ermənistana silah satması Bakı ilə İrəvan arasındakı münasibətlərdə yeni təhrikedici elementdir”.

ABC.AZ xəbər verir ki, bunu ATƏT-in keçmiş Minsk qrupunun ABŞ-dan keçmiş həmsədri Ceyms Uorlik deyib. 
Onun fikrincə, Fransa Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Ermənistanla silah tədarükü haqqında saziş bağlamalı idi.
“Təəssüf ki, biz sülh sazişinə yaxınlaşarkən belə bir addım danışıqları çaşdırır və daha da çətinləşdirir”, - deyə Uorlik bildirib.